Mavi Qatarin Sirri
Aqata Kristi
Aqata Kristi MAVİ QATARIN SİRRİ
Erkül Puaro qatarla Riveruya yola düşür. Bu qatarda, miras aldıqdan
sonra qış tətilini ilk dəfə İngiltərədən kənarda keçirmək niyyətində
olan Ketrin Qrey də gedir. O, burada amerikalı milyonerin yeganə
varisi, sevgilisi ilə görüşmək üçün ailəsini aldadıb evdən gedən Rut
Ketterinqlə tanış olur. Ertəsi gün Rut kupedə öldürülmüş vəziyyətdə
tapılır. Nə vaxtsa İmperatriçə Yekaterinaya məxsus olan qiymətsiz
yaqutların oğurlandığı məlum olur. Bütün bunlar Puaronu axtarışlara
başlamağa vadar edir...
Agatha Christie THE MYSTERY OF THE BLUE TRAINI FƏSİL
“Ağsaçlı adam”
Gecəyarısına yaxın Konkord meydanından ağır xəz paltolu bir kişi
keçdi. Onun yerişində və duruşunda zahirən etibarlı görkəmi ilə heç
cür uzlaşmayan inamsızlıq, qətiyyətsizlik hiss olunurdu.
Siçovula oxşayan balaca adam... Ona baxdıqda siz elə hesab
edərsiniz ki, o, elə də əhəmiyyətli birisi deyil, lakin belə düşünərək
siz çox səhv etmiş olardınız: ilk baxışdan görkəmsiz görünən,
heç nə ilə fərqlənməyən bu adam bəşəriyyətin taleyində əhəmiyyətli
rol oynayırdı. Siçovulların idarə etdiyi imperiyada o, kral idi.
Elə indi də səfirlikdə onun yolunu gözləyirdilər.
Lakin bu adamın səfirliyin bixəbər olduğu daha əhəmiyyətli başqa
bir işi də vardı. Sayrışan ay işığı altında onun solğun bənizində
qarmağa bənzər burnu aydın seçilirdi.
Polyak yəhudilərindən olan atası günəmuzd işləyən dərzi idi. Oğlunu
bu gecəyarısı evdən çıxmağa vadar edən iş, çətin ki, atasının
ürəyincə olardı. Adam Senaya çatdı, körpünü keçdi və Parisin pis ad
çıxarmış məhəllələrindən birinə gəlib çıxdı. O, qədimdən qalma
hündür bir evin yanında
dayandı və dördüncü mərtəbəyə qalxdı. Qapını döyərkən gözləməli
olmadı: qapını həmin an bir qadın açdı. Görünür, o, bu adamı
gözləyirmiş. Onunla salamlaşmadan qadın xəz paltosunu
soyunmaqda ona kömək etdi və zövqsüz döşənmiş qonaq otağına
apardı. Qalın toz qatı örtmüş çilçırağın işığı yandı və onun tutqun
işığı monqoloid cizgili qadının geniş yanaqlarını və kobud
makiyajını aşkara çıxardı. Olqa Demidova
…

Məzmun növü:
KitablarDil:
azerbaijani
Səhifələr:
266
ISBN 10:
9952266596
ISBN 13:
9789952266597
Fayl:
PDF, 1.84 MB
IPFS:
,
azerbaijani0